Qafqaz Müsəlmanları İdarəsində din xadimlərinin təkmilləşdirmə kurslarının növbəti mərhələsi başa çatıb - FOTOSESSİYA

Qafqaz Müsəlmanları İdarəsində din xadimlərinin təkmilləşdirmə kurslarının növbəti mərhələsi başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 25 iyun 2014 13:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov - APA. Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nəzdində fəaliyyət göstərən din xadimlərinin təkmilləşdirmə kurslarının növbəti mərhələsinin başa çatması ilə bağlı bu gün dindarlarla görüş keçirilib.

APA-nın məlumatına görə, görüşdə QMİ sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov və bir sıra ictimai şəxslər iştirak ediblər.


Görüşdə QMİ-nin sədr müavini Həci Sabir Həsənli bildirib ki, bu, ikinci mərhələ olmaqla yanaşı, Ramazan ayına qədər sonuncudur: “Qiymətləndirmə prosesindən sonra kursun müdavimlərinin buraxılışı bu gün baş tutub. Burada onlara kursu bitirmələrinə dair müvafiq sertifikat təqdim olunub. Ramazan ayından sonra kurslar davam edəcək”.


Allahşükür Paşazadə isə bu kursun dindarların, xüsusilə də imam və axundların fəaliyyəti üçün ciddi əhəmiyyət daşıdığını bildirib: “Siz məscidlərə qayıdandan sonra fəaliyyətinizdə bu kurslarda öyrəndiyiniz öz əksini tapmalıdır. Biz bunu yoxlayacağıq”.


Təkmilləşdirmə kurslarına cəlb olunmuş din xadimləri - Azərbaycanın müxtəlif bölgələrini təmsil edən axundlar və imamlar bir aylıq müddət ərzində yüksək səviyyədə təşkil olunmuş mühazirələr dinləyib, müasir informasiya texnologiyaları ilə işləmək vərdişlərini dərinləşdirib, dini bilik səviyyələri ilə yanaşı, ictimai və dünyəvi biliklərini artırmaq imkanına malik olublar. Din xadimləri bu dövr ərzində din-dövlət münasibətləri, din xadimlərinin nitq mədəniyyəti, tarix, mədəniyyət, dini maarifləndirmədə KİV-in rolu və s. mövzularda Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə müşaviri Kamal Abdulla, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi sədrinin I müavini Səyyad Salahlı, QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə və sədrin müavinləri, Bakı İslam Universiteti və Bakı Dövlət Universitetinin tanınmış alimlərin mühazirələrini dinləyiblər. Müdavimlərə Qurani-Kərim də paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR