Luqansk vilayətində keçirilən antiterror əməliyyatında 8 Ukrayna hərbçisi həlak olub - VİDEO

Luqansk vilayətində keçirilən antiterror əməliyyatında 8 Ukrayna hərbçisi həlak olub - <span style="color: red;">VİDEO
# 22 may 2014 09:52 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə özünün “Facebook” səhifəsində Ukraynanın nüfuzlu hərbi eksperti, istefada olan podpolkovnik, Hərbi-Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Dmitri Tımçuk yazıb.

D. Tımçuk Luqansk vilayətinin Rubejnoye və Volnovaxa kəndləri yaxınlığında Ukrayna hərbçiləri ilə bir qrup terrorçu arasında toqquşma baş verdiyini yazıb. O, Volnovaxa ətrafında 8 Ukrayna hərbçisinin həlak olduğunu, 18-nin yaralandığını yazıb. Hərbi ekspert bu kəndlərin terrorçuların əsas mərkəzləri olan Slavyansk və Kramatorsk şəhərlərindən xeyli uzaqda yerləşdiyini söyləyərək antiterror əməliyyatına rəhbərlik edən Ukrayna zabitlərini tənqid edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR