“Baku Fires” komandasının heyətində dəyişiklik edilib

“Baku Fires” komandasının heyətində dəyişiklik edilib
# 02 may 2014 14:27 (UTC +04:00)
Bakı – APA. Ümumdünya Boks Seriyasının (WSB) yarımfinal mərhələsinin cavab qarşılaşmasında Azərbaycanın “Baku Fires” və Qazaxıstanın “Astana Arlans” komandaları heyətlərində dəyişiklik ediblər. Apasport.az saytının Qubaya ezam olunmuş əməkdaşının məlumatına görə, Bakı təmsilçisinin baş məşqçisi Nurupaşa Talıbov sabah üz-üzə gələcəkləri asiyalılarla döyüşdə 52 kq çəki dərəcəsində Maqomed Abdulhəmidovu Elvin Məmişzadə ilə əvəzləyib.

“Astana Arlans” isə ölkəmizə Miras Jakupov (52 kq), Daniyar Yeleussinov (69 kq) və Ruslan Mırsatayevi (+91 kq) gətirməyə ehtiyac duymayıb. Klubun baş məşqçisi Sergey Korçinski onların yerinə müvafiq olaraq, Süleyman İlyasov, Manat Amirzakov və Filip Hrqoviçə şans verəcək.

Beləliklə, sabah baş tutacaq “Baku Fires” – “Astana Arlans” görüşündə Elvin Məmişzadə (52 kq) Süleyman İlyasovla, Albert Səlimov (60 kq) Samat Başenovla, Yevgeni Ramaşkeviç (69 kq) Manat Amirzakovla, Mixail Dolqolevts (81 kq) Hrvoje Seplə, Hacı Murtuzəliyev (+91 kq) Filip Hrqoviçlə gücünü yoxlayacaq. Əgər komandamız ilk qarşılaşmada uduzduğu hesabla qalib gələrsə (3:2) əlavə döyüş olacaq. Həmin qarşılaşmada Teymur Məmmədov (81 kq) Adilbek Niyazimbetovu sınağa çəkəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR