İranda tanınmış vəkil 6 il azadlıqdan məhrum edilib

İranda tanınmış vəkil 6 il azadlıqdan məhrum edilib
# 11 aprel 2013 12:16 (UTC +04:00)

Bakı. Könül Cəfərli – APA. İranda tanınmış vəkil Məhəmməd Seyfzadə 6 il azadlıqdan məhrum edilib.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bu barədə onun həyat yoldaşı Fatimə Gülzar açıqlama verib.

Onun sözlərinə görə, M.Seyfzadə iki ildir həbsxanadadır: “O bu il martın 25-də azadlığa çıxmalıydı. Ancaq Seyfzadəyə əlavə iki iş açılıb və yeni ittihamlar irəli sürülüb. Vəkil İranda insan haqlarını müdafiə edən təşkilatlara üzv olmaqda, ölkəni qeyri-qanuni tərk etməkdə, həbsxanada məktub və bəyanatlar yazaraq imzalatdırmaqla hakimiyyətin əleyhinə təbliğat aparmaqda günahlandırılaraq 6 il azadlıqdan məhrum edilib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR