Azərbaycan Diplomatik Akademiyası Banqladeş Diplomatik Akademiyası ilə Anlaşma Memorandumu imzalayıb

Azərbaycan Diplomatik Akademiyası Banqladeş Diplomatik Akademiyası ilə Anlaşma Memorandumu imzalayıb
# 11 iyun 2013 18:50 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Diplomatik Akademiyası Banqladeş Diplomatik Akademiyası ilə əməkdaşlıq münasibətlərinin qurulması haqqında Anlaşma Memorandumu imzalayıb. İmzalama mərasimi Banqladeşin Xarici İşlər Naziri xanım Dipu Moninin ADA Rektoru Hafiz Paşayevlə görüşü zamanı keçirilib. Xanım Dipu Moni və səfir Hafiz Paşayev sənədə imza ataraq xarici siyasət kadrlarının birgə hazırlanması üzrə əməkdaşlıq edəcəkləri niyyətini təsdiqləmişdilər. Tərəflər növbəti beş il ərzində Azərbaycan və Banqladeş üçün mühüm olan sahələr, o cümlədən beynəlxalq münasibətlər, beynəlxalq hüquq, beynəlxalq təşkilatlar çərçivəsində iş, konsulluq işləri və bölgə siyasəti üzrə mütəxəssislərin təlimi və təkmilləşdirilməsi üzrə tərəfdaşlıq quracaqlar. Bu, tələbə, müəllim, alim və diplomatların mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə elmi tədqiqatların aparılması və nəşrlərin buraxılması, elmi ədəbiyyat mübadiləsi vasitəsi ilə aparıla bilər. Görüş zamanı Banqladeş Xarici İşlər Naziri Dipu Moniyə ADA-da təhsl alan xarici tələbələr və burada onlar üçün nəzərdə tutulan Beynəlxalq Təqaüd Proqramı barədə ətraflı məlumat verilib. Tərəflər Azərbaycan Diplomatik Akademiyasında təklif edilən bakalavr və magistr proqramlarına Banqladeş tələbələrinin də cəlb olunması üçün çalışacaqlarını bildirmişdilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR