ABŞ İranla nüvə müzakirələrinin iflasa uğraması barədə xəbərləri təkzib edib

ABŞ İranla nüvə müzakirələrinin iflasa uğraması barədə xəbərləri təkzib edib
# 16 may 2014 13:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ İranla nüvə müzakirələrinin iflasa uğraması barədə xəbərləri təkzib edib.

APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf bildirib ki, İranla ABŞ arasında nüvə müzakirələri səmimi və ciddi olub: “Biz bəzi xarici kütləvi informasiya vasitələrində ikitərəfli danışıqlar zamanı iflas baş verməsi ilə yayılmış xəbərləri tamamilə rədd edirik”.

Qeyd edək ki, bu gün yanada İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini Seyid Abbas Əraqçı ilə ABŞ dövlət katibinin müavini Vendi Şerman arasında ikitərəfli görüş keçirilib. İranla “altılıq” ölkələri arasında yekun nüvə razılaşmasının yazılması məqsədilə növbəti nüvə müzakirələri mayın 14-də BMT-nin Vyanadakı qərargahında öz işinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR