İran XİN-in qadın sözçüsü Suriya ilə bağlı Qərbə xəbərdarlıq edib

İran XİN-in qadın sözçüsü Suriya ilə bağlı Qərbə xəbərdarlıq edib
# 02 sentyabr 2013 11:30 (UTC +04:00)

Bakı. Real Cəfərli – APA. İran Xarici İşlər Nazirliyinin ilk qadın sözçüsü artıq rəsmi şəkildə fəaliyyətə başlayıb.

APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, Mərziyə Əfxəm son günlər Suriyaya hərbi müdaxilə ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. İran XİN sözçüsü Qərbə yeni macəra axtarışları və hərbi müdaxilənin doğuracağı nəticələrlə bağlı ciddi xəbərdarlıq edib: “Bölgədə hansısa macəraçı hərbi müdaxilənin heç bir nəticəsi olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR