Əfqanıstan orbitə peyk buraxmaq üçün Azərbaycanın təcrübəsindən yararlanmağı planlaşdırır - FOTO

Əfqanıstan orbitə peyk buraxmaq üçün Azərbaycanın təcrübəsindən yararlanmağı planlaşdırır - <span style="color: red;">FOTO
# 12 iyun 2013 11:57 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA-Economics. “Azərbaycan və Əfqanıstan dost, qardaş ölkələrdir və əməkdaşlıq üçün bir çox sahələrdə imkanlarımız mövcuddur”. “APA-Economics”in xəbərinə görə, bu barədə Bakıda səfərdə olan Əfqanıstanın rabitə və texnologiya naziri Əmirzai Sangin bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Azərbaycan xarici işlər naziri ilə keçirilən görüşü haqda söz açan nazir vurğulayıb ki, iki ölkə arasında anlaşma memorandumunun imzalanması planlaşdırılır: “Yaxın zamanlarda diplomatik, siyasi şəxslər üçün viza sistemi ləğv olunacaq, eləcə də Azərbaycan və Əfqanıstan arasında birbaşa aviareysin açılması nəzərdə tutulub”. Nazir Azərbaycan XİN tərəfindən əfqan tələbələri üçün təqaüd proqramı açılmasını xahiş edib.

Nazir xüsusilə qeyd edib ki, Əfqanıstan orbitə peyk buraxmaq üçün artıq tender elan edib və bu sahədə Azərbaycanın təcrübəsindən yararlanmağı planlaşdırır.

Azərbaycan XİN təmsilçisi Əşrəf Şıxəliyev qeyd edib ki, Əfqanıstanda “E-hökumət”i yaratmaq məqsədilə Azərbaycan XİN-in Beynəlxalq İnkişaf Agentliyi tərəfindən Əfqanıstana 150000 ABŞ dolları ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR