Bakıda “Uşaq ürəkləri Azərbaycanda döyünür” adlı beynəlxalq konfrans keçiriləcək - FOTO

Bakıda “Uşaq ürəkləri Azərbaycanda döyünür” adlı beynəlxalq konfrans  keçiriləcək - <span style="color: red;">FOTO
# 13 iyun 2014 12:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu ilin noyabr ayında dünyanın 45-dən çox ölkəsinin ürək-damar xəstəlikləri sahəsində ən yüksək ixtisaslı mütəxəssisləri Bakıda toplanacaq.

APA-nın xəbərinə görə, bunu Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-Damar Xəstəlikləri Mərkəzinin rəhbəri, tibb elmləri namizədi Rəşad Mahmudov deyib. R. Mahmudov bildirib ki, noyabrın 21-22-də Bakıda “Uşaq ürəkləri Azərbaycanda döyünür” (“Childrens hearts beating in Azerbaijan”) adlı beynəlxalq konfrans keçiriləcək. Onun sözlərinə görə, 20 noyabr-Ümumdünya Uşaq günü münasibətilə Heydər Əliyev Mərkəzində keçiriləcək iki günlük konfrans Azərbaycanda, dünyada anadangəlmə ürək qüsurlarının müalicəsində əldə olunmuş nailiyyətlərə həsr olunacaq. R. Mahmudov qeyd edib ki, tədbirin keçirilməsində məqsəd dünyada anadangəlmə ürək qüsurları xəstəlikləri müalicəsində olan ən son yenilikləri işıqlandırmaq, ölkə səhiyyəsinin bu sahədə əldə etdiyi nailiyyətləri beynəlxalq ictimaiyyətə tanıtmaq, dialoq üçün əlverişli şərait yaratmaq, anadangəlmə ürək qüsurlarının müalicəsi üzrə inkişaf konsepsiyası təklifini hazırlamaqdır: “Tədbirə dünyanın aparıcı xəstəxana və akademik qurumlarından 100-dən çox əcnəbi mütəxəssis dəvət olunacaq. Konfransda 300-ə yaxın yerli mütəxəssis iştirak edəcək. Tədbir müddətində EXO-tədris kursları fəaliyyət göstərəcək. Masterklassların geniş auditoriyaya çatdırılması üçün əməliyyatxanalar və konfrans zalı arasında səsli və görüntülü interaktiv əlaqə yaradılacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR