Şirvan Milli Parkında yanğın baş verib

Şirvan Milli Parkında yanğın baş verib
# 25 may 2013 15:21 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Bu gün saat 16:15 radələrində Azərbaycanın Şirvan Milli Parkı ərazisində naməlum səbəblərdən yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanğın zamanı güclü külək səbəbindən alov qısa müddət ərzində ətraf ərazilərə də yayılmağa başlayıb.

ETSN-in və Fövqəladə Hallar Nazirliyinin regional Yanğından Mühafizə əməkdaşlarının səyləri nəticəsində saat 17:30 radələrində yanğın lokallaşdırılıb və tam olaraq söndürülüb. Yanğın nəticəsində parkın 3 hektara yaxın ərazisində ot və kol örtüyünə ziyan dəyib.

Hazırda yanğının səbəblərinin müəyyənləşdirilməsi istiqamətində iş aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR