Donetsk vilayətində hüquq-mühafizə orqanlarının heyəti gücləndiriləcək

Donetsk vilayətində hüquq-mühafizə orqanlarının heyəti gücləndiriləcək
# 13 aprel 2014 04:15 (UTC +04:00)

Bakı-APA. Donetsk vilayətinin yeni təyin olunmuş qubernatoru Sergey Taruta vilayətdə vəziyyətin nizamlanması üçün bütün qanuni vasitələrdən istifadə etməyi qərara alıb.

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, Tarutanın müvafiq bəyanatı Donetsk vilayəti administrasiyasının mətbuat xidməti tərəfindən açıqlanıb.

“Hazırkı hadisələrlə əlaqədar olaraq Donetsk vilayətinin güc orqanlarının kadr heyətinin gücləndirilməsinə dair qərar qəbul olunub. Asayişin operativ təmin olunması üçün bütün qanuni vasitələrdən istifadə edəcəyik”, deyə qubernator vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR