Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibəti ilə qəbul təşkil edilib - FOTO

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı münasibəti ilə qəbul təşkil edilib - <span style="color: red;">FOTO
# 02 dekabr 2013 20:29 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli – APA. Bu gün Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfirliyi ölkənin dövlət quruculuğunun 42-ci ildönümü münasibəti ilə qəbul təşkil edib. APA-nın məlumatına görə, tədbir hər iki ölkənin dövlət himnlərinin səslənməsi ilə başlayıb.

BƏƏ-nin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Səlim əl-Eqfeli çıxışı zamanı bildirib ki, 2 dekabr BƏƏ-nin tarixində xüsusi bir gündür. Onun sözlərinə görə, 42 il əvvəl bu tarixdə yeddi əmirliklərin hakimləri bir araya gələrək, insanların rifahını və əmin-amanlığını təmin edən böyük bir ittifaq yaradıblar.

Səfir həmçinin ikitərəfli münasibətlərə toxunub. O bildirib ki, BƏƏ ilə Azərbaycan arasında əlaqələr genişlənir və bütün sahələri əhatə edir.

Çıxışın sonunda diplomat qeyd edib ki, bu yaxınlarda BƏƏ-nin Dubay şəhəri EXPO-2020 sərgisinə ev sahiblik etməyə hüquq qazanıb və buna görə ölkəsi beynəlxalq ictimaiyyətə öz təşəkkürünü bildirib.

Sonra Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev çıxış edib. O, Azərbaycan hökuməti adından səfiri ölkəsinin milli bayramı ilə münasibəti ilə təbrik edib. Nazir bildirib ki, iki ölkə arasında siyasi əlaqələr yüksək səviyyədədir və qarşılıqlı əməkdaşlıq prinsiplərinə əsaslanır. Ş.Mustafayev həmçinin vurğulayıb ki, mövcud hüquqi baza ikitərəfli ticarət əlaqələrin inkişafına zəmin yaradır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR