«Unibank» yanvarın 6-da işləyəcək

«Unibank» yanvarın 6-da işləyəcək
# 25 dekabr 2013 08:37 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «Unibank» ASC yanvarın 6-da, qeyri-iş günü olmasına baxmayaraq, filialları vasitəsi ilə müştərilərə xidmətlər göstərəcək.

Bankdan «APA-Economics»ə verilən məlumata görə, bayram günləri ilə əlaqədar olaraq, dekabrın 31-dən yanvarın 5-dək bank filiallarının işləməyəcəyinə baxmayaraq, müştərilər bayram günlərində kredit ödənişlərini «Unibank»ın ödəniş terminallarında, www.unibank.az saytından onlayn, «MilliÖN» və «Azərpoçt» məntəqələrində ödəyə bilərlər.

Qeyd edək ki, «Unibank» 33 filialı ilə həftənin 6 günü fəaliyyət göstərir. Müştərilərinə bütün həftəni xidmət etmək üçün «Unibank»ın filialları şənbə günləri də tam iş qrafikinə keçib. Filiallar nahar fasiləsiz işləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR