Gəncədə taksi sürücüsü döyülüb

Gəncədə taksi sürücüsü döyülüb
# 17 mart 2014 10:46 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə naməlum şəxslər taksi sürücüsünü döyərək onun mobil telefonunu və pulunu əlindən alıblar. Gəncə şəhər Baş Polis İdarəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə ötən gecə “Azbarit” adlanan yaşayış massivində baş verib. Gəncə şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olan 1973-cü il təvəllüdlü Seymur Qaraşov öz “VAZ-2107” markalı maşını ilə yol kənarında dayandığı zaman 3 nəfər naməlum şəxslər ona yaxınlaşaraq “Azbarit” yaşayış massivinə gedəcəklərini bildiriblər. Sürücü naməlum şəxsləri həmin əraziyə aparıb. Sərnişinlər avtomobildən düşdükdən sonra sürücüsünü döyərək ondan 5 manat pul və mobil telefonunu alaraq hadisə yerindən qaçıblar. Sürücü müxtəlif bədən xəsarətləri ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Hadisəni törədən şəxslərin tapılması istiqamətində əməliyyat axtarış tədbirləri həyata keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR