AMEA-nın vitse-prezidenti: “AMEA Xalidə Xalid haqqında ittihamın obyektiv araşdırılmasında maraqlıdır”

AMEA-nın vitse-prezidenti: “AMEA Xalidə Xalid haqqında ittihamın obyektiv araşdırılmasında maraqlıdır”
# 08 may 2013 11:47 (UTC +04:00)

AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli APA-ya açıqlamasında deyib ki, İran İslam Respublikası qonşu və dost dövlətdir: “Biz İranla Azərbaycanın münasibətlərinin həmişə normal səviyyədə, inkişafda olmasını arzu edirik. Belə hadisələrin baş verməsindən isə təəssüflənirik. Azərbaycan Xarici İşlər Nazirliyi bu məsələ ilə əlaqədar İran tərəfinə iki nota verib. Notalar Azərbaycan dövlətinin mövqeyini ifadə edir. Hazırda bu məsələ araşdırılır. AMEA öz alimi haqqında ittihamın obyektiv araşdırılmasında, onun hüquqlarının pozulmamasında maraqlıdır”.

Qeyd edək ki, AMEA Ədəbiyyat İnstitutunun elmi işçisi, şəhriyarşünas, araşdırmaçı-yazar Xalidə Xalid və sürücüsü Şamxal Hüseynov aprelin 30-da gecə saatlarında azərbaycanlı fəal Məhəmməd (Oxtay) Rəşidinin ata evində İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR