Azərbaycanın hərbi gəmilərinin Həştərxana səfəri başa çatıb - FOTOSESSİYA

Azərbaycanın hərbi gəmilərinin Həştərxana səfəri başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 04 sentyabr 2013 20:03 (UTC +04:00)

Bakı-APA. Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gəmiləri Rusiyanın Həştərxan limanında lövbər salıb. APA-nın “Rossiyskaya qazeta”ya istinadən verdiyi məlumata görə, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin komandanı, vitse-admiral Şahin Sultanov Rusiyanın Hərbi-Dəniz Qüvvələrinin Xəzər donanmasının komandanı Sergey Alekmenskiy və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinlə görüşüb.

Azərbaycanlı dənizçilər Həştərxana ekskursiya gəzintisinə çıxıb. Şəhər sakinləri isə dənizçilərimizin məişəti ilə tanış olub.

Azərbaycan gəmilərinin birgünlük səfəri Azərbaycan Hərbi Dəniz Qüvvələrinin və Rusiya Xəzər donanması orkestrlərinin birgə konserti ilə yekunlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR