Bakıda Böyük Britaniya vətəndaşının maşınının şüşələrini sındıran şəxslər tutulub

Bakıda Böyük Britaniya vətəndaşının maşınının şüşələrini sındıran şəxslər tutulub
# 13 dekabr 2013 08:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda silsilə oğurluqlar törədən iki qardaş həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin keçirdiyi əməliyyat tədbirləri nəticəsində avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakinləri - Zahid Bayramov, qardaşı Ramiz və Şəhriyar Hüseynov tutulublar.

Müəyyən edilib ki, onlar noyabrın 20-nə keçən gecə Mərdəkan qəsəbəsində Rüstəm Əliyevə məxsus «Opel» markalı avtomaşından şüşəni sındırma yolu ilə ərzaq malları, noyabrın 25-də Şağan qəsəbəsində Fuad Əliyevə məxsus «Mazda» markalı avtomobildən 200 manat, noyabrın 30-na keçən gecə Mərdəkan qəsəbəsi Əzizbəyov küçəsində Mətanət Acalovaya məxsus KİA markalı avtomobildən 300 manat, bankomat kartı və sənədlər, dekabrın 3-nə keçən gecə Şüvəlan qəsəbəsi Vidadi küçəsində Rasim Hüseynova məxsus «Hyundai» markalı avtomobildən pul və sənədlər oğurlayıblar. Noyabrın 18-nə keçən gecə isə onlar Xaşaxuna bağ massivində Elməddin Salayevə məxsus «VAZ-2106» markalı avtomobildən, açıq qapıdan keçməklə oğurluğa cəhd ediblər.

Bundan başqa saxlanılan şəxslər noyabrın 18-i saat 08 radələrində Mərdəkan qəsəbəsində Böyük Britaniya vətəndaşı Purvik Maykl Leslınin idarə etdiyi «Toyota», noyabrın 22-nə keçən gecə isə Binə qəsəbəsi Bolluq yaşayış sahəsində Teymur Əzimova məxsus «BMW» markalı avtomobillərin şüşələrini sındırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR