Azərbaycan prezidentinin sədrliyi ilə “Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfrans keçirilir - YENİLƏNİB

Azərbaycan prezidentinin sədrliyi ilə “Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfrans keçirilir - <span style="color: red;">YENİLƏNİB
# 05 fevral 2014 08:59 (UTC +04:00)

APA-nın məlumatına görə, konfransa Azərbaycan prezidenti İlham Əliyev sədrlik edir.

Konfransdan əvvəl dövlət başçısı mərkəzdə respublikanın sosial-iqtisadi inkişafı istiqamətində görülmüş işləri əks etdirən sərgi ilə tanış olub.

Prezident İlham Əliyev konfransda giriş nitqi söyləyib.

Sonra iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev, nəqliyyat naziri Ziya Məmmədov, kənd təsərrüfatı naziri Heydər Əsədov, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Etibar Pirverdiyev, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov çıxış ediblər.

Azərbaycan prezidenti konfransda yekun nitqi söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR