Bakıda Belarusun Respublika Günü qeyd edilib

Bakıda Belarusun Respublika Günü qeyd edilib
# 25 iyun 2014 21:21 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə dövlət və hökumət nümayəndələri, deputatlar, diplomatik korpusun təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç iki ölkə arasında yüksək səviyyəli əlaqələrin olduğunu bildirib, münasibətlərin siyasi, iqtisadi, mədəni, hərbi və digər sahələrdə uğurla inkişaf etdiyini vurğulayıb. Səfir iki ölkə arasında mühüm iqtisadi layihələri qeyd edərək onların daha da genişləndirilməsinə ümidini ifadə edib.

Tədbirdə çıxış edən Baş nazirin birinci müavini Yaqub Eyyubov Azərbaycan ilə Belarusun dost ölkələr olduğunu qeyd edib. Yaqub Eyyubov ölkələrimiz arasında əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Tədbirdə Belarus prezidenti Aleksandr Lukaşenkonun sərəncamı ilə Minskin faşist işğalçılarından azad olunmasında iştirak etmiş bir qrup veteran medallarla təltif olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR