Bakının Yasamal bazarında yanğın olub - FOTO - VİDEO

Bakının Yasamal bazarında yanğın olub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 14 dekabr 2013 00:24 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Bakının Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində yerləşən Yasamal bazarında yanğın olub. APA-nın məlumatına görə, bazarda fəaliyyət göstərən ət və ət məhsullarının satıldığı mağaza qəfil yanıb.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumat əsasında Yasamal Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası dərhal hadisə yerinə yollanıb. Güclü küləyin əsməsi digər ticarət obyektlərini də yanmaq təhlükəsi ilə üz-üzə qoyub. Yanğınsöndürənlərin səyi nəticəsində küləyin təsiri ilə artan yanğın tez bir zamanda söndürülüb.

Yasamal Rayon Yanğından Mühafizə Hissəsindən verilən məlumata görə, yanğının səbəbləri aparılan araşdırmaların sonunda məlum olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR