KADEX sərgisində Türkiyənin bomba robotu maraq yaratdı - FOTO

KADEX sərgisində Türkiyənin bomba robotu maraq yaratdı - <span style="color: red;">FOTO
# 22 may 2014 23:17 (UTC +04:00)

Astana. Rəşad Süleymanov-APA. Türkiyənin ASELSAN şirkətinin istehsal etdiyi “Kaplan” adlı bomba robotu Qazaxıstanın paytaxtı Astanada keçirilən KADEX-2014 beynəlxalq müdafiə sərgisində geniş marağa səbəb olub.

APA-nın məlumatına görə, ən həssas partlayıcıları belə götürüb zərərsizləşdirmək qabiliyyətinə malik olan bu robot Türkiyə milli pavilyonunda bir sıra maraqlı əməliyyatlar yerinə yetirib.

Operator uzaq məsafədən robot vasitəsi ilə xəbər agentliklərindən birinin mikrofonunu götürərək müsahibə doğru uzadıb. Sərgiyə qatılan ziyarətçilərin marağına səbəb olan bu robot barədə məlumat verən ASELSAN mütəxəssislərinin sözlərinə görə, “Kaplan” Amerikada testlərdən keçərək NATO-nun alınmasına icazə verilən məhsulları siyahısına salınıb. Hazırda Türkiyə Əmniyyət qüvvələri tərəfindən istifadə olunan “Kaplan” özünün müasir texnologiyalarına görə, xarici analoqlarından fərqlənir. Robot möhkəm tutma qabiliyyətinə malik caynağa, ön və arxa hissədə kameralara, həmçinin ərazini dinləmək üçün mikrofona malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR