Azərbaycanda kənd təsərrüfatı istehsalı yanvarda 3,3% artıb

Azərbaycanda kənd təsərrüfatı istehsalı yanvarda 3,3% artıb
# 25 fevral 2014 08:47 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Azərbaycanda bu ilin yanvar ayında kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 196,2 mln. manat olub. Onun sabit qiymətlərlə dəyəri keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,3%, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,3%, bitkiçilik məhsulları üzrə isə 5,1% artıb. Bu barədə «APA-Economics»ə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Belə ki, mal-qaranın qışlamadan salamat çıxarılması üçün lazımi zootexniki və baytarlıq tədbirlərinin vaxtında həyata keçirilməsi, mal-qaranın baş sayının əvvəlki ilə nisbətən artmasını təmin edib. Nəticədə, bu ilin yanvar ayında əsas heyvandarlıq məhsullarının istehsalının artırılmasına nail olunub.

«Yanvar ayında diri çəkidə 36,3 min ton ət, 133,9 min ton süd, 123,5 mln. ədəd yumurta istehsal edilib. Ötən ilin müvafiq dövrünə nisbətən ət istehsalı 2,4%, süd istehsalı 3,2%, yumurta istehsalı isə 11,1% artıb», - deyə Komitənin məlumatında qeyd olunub.

Eyni zamanda, bu il yanvarın 1-i vəziyyətinə damazlıq təsərrüfatlarında 6,6 min baş qaramal, 48,8 min baş qoyun və keçi mövcud olub. Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün dövlət və özəl damazlıq təsərrüfatları ötən il heyvandarlıqla məşğul olan hüquqi və fiziki şəxslərə 1 165 baş qaramal, 7 517 baş qoyun və keçi satıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR