Gürcüstan DİN-in yüksək çinli məmuru saxlanılıb

Gürcüstan DİN-in yüksək çinli məmuru saxlanılıb
# 12 fevral 2014 13:54 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanda Daxili İşlər Nazirliyinin yüksək çinli məmuru saxlanılıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Gürcüstan DİN-nin baş müfəttişliyinin əməkdaşları həmin nazirliyin maliyyə-təsərrüfat departamentinin rəisi Georgi Badjelidzeni saxlayıblar.

DİN mətbuat xidmətindən bildiriblər ki, saxlanılan məmur şəxsi mənfəət üçün xidməti vəzifəsindən istifadə edib. Faktla bağlı cinayət işi qaldırılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR