Keniyanın paytaxtında baş vermiş partlayışda 4 nəfər ölüb

Keniyanın paytaxtında baş vermiş partlayışda 4 nəfər ölüb
# 23 aprel 2014 23:48 (UTC +04:00)

Bakı-APA. Keniyanın paytaxtı Nayrobidə baş vermiş partlayış nəticəsində ən azı 4 nəfər ölüb.

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, minalanmış avtomobil polis məntəqəsinin yaxınlığında partladılıb.

Ölənlərdən ikisi avtomobili yoxlamaq üçün saxlayan polis əməkdaşları olub.

Xatırladaq ki, martın sonunda Nayrobidə törədilən bir neçə partlayış nəticəsində 6 nəfər ölmüşdü.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR