Avropa Komissiyası Rusiyaya qarşı iqtisadi sanksiyalar paketini hazırlayıb

Avropa Komissiyası Rusiyaya qarşı iqtisadi sanksiyalar paketini hazırlayıb
# 08 may 2014 17:36 (UTC +04:00)

Bakı-APA. Avropa komissarı Karel de Güht bəyan edib ki, Avropa Komissiyası artıq Rusiyaya qarşı iqtisadi sanksiyalar paketini hazırlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Karel de Güht qeyd edib ki, sanksiyalar paketi hazırlanarkən onun bütün mümkün nəticələri, fəsadları və s. nəzərə alınıb. “Bu məxfi sənəddir. Onun qəbul olunub-olunmamasına və nə zaman tətbiq olunmasına dair qərarı XİN rəhbərləri Şurası verəcək”, deyə o qeyd edib və Ukraynada yaxın günlərdə gərginliyin səngiyəcəyinə ümidvar olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR