Realmadrid Fondunun Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi sosial proqram çərçivəsində Bakıda sosial futbol məktəbi açılıb  - FOTOSESSİYA

Realmadrid Fondunun Gənclər və İdman Nazirliyi ilə birgə həyata keçirdiyi sosial proqram çərçivəsində Bakıda sosial futbol məktəbi açılıb  - <span style="color: red;">FOTOSESSİYA
# 04 noyabr 2013 16:23 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Realmadrid Fondu Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN) ilə birgə “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial proqramı çərçivəsində “Vətən” sosial futbol məktəbinin rəsmi açılış mərasimini həyata keçirib.

GİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mərasimdə gənclər və İdman naziri Azad Rəhimov, Real Madrid Klubunun katibi və Fondun Vitse-prezidenti Enrique Sanches, Realmadrid Fondunun beynəlxalq proqramlar üzrə rəhbəri Rosa Ronkal, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, AFFA-nın baş katibi Elxan Məmmədov və digər şəxslər iştirak ediblər.

Layihənin tərəfdaşları Təhsil Nazirliyi, Gənclər Fondu, AzərİdmanServis və C”est Bon şirkətidir.

Açılış mərasimində çıxış edən A. Rəhimov qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında “2005-2015 illərdə Futbolun inkişafına dair “Dövlət Proqramının qəbul olunması futbolun inkişafına böyük təkandır: “Dünya şöhrətli Realmadrid Fondunun əməkdaşlığı ilə Müstəqil Dövlətlər Birliyində, həmçinin regionda ilk sosial futbol məktəbinin Bakıda açılması futbolun Azərbaycanda kütləviləşməsinə böyük təkan olacaq”.

Qeyd edək ki, hazırda Realmadrid Fondu dünyanın 65 ölkəsində 200-dən artıq sosial idman məktəbi açıb. “Vətən” sosial futbol məktəbi Təhsil Nazirliyinin dəstəyi ilə Bakı şəhəri “Vətən” Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbinin yeni bazasında fəaliyyət göstərəcək.

Realmadrid Fondu ve GİN-in birgə layihəsi olan “Vətən” sosial futbol məktəbi post-Sovet məkanında 1-ci, Avropada isə 8-ci məktəbdir. 29 aprel 2013-cü il tarixində İspaniya Krallığının Madrid şəhərində yerləşən “Santiaqo Bernabeo” stadionunda Azərbaycan GİN və Realmadrid Fondu arasında imzalanmış əməkdaşlıq haqqında proqrama uyğun olaraq Bakıda “Uşaqların futbol vasitəsilə sağlamlıqlarının qorunması və cəmiyyətə inteqrasiyası” adlı sosial proqramı çərçivəsində “Vətən” sosial futbol məktəbinin yaradılması haqqında razılığa gəlinib. Əməkdaşlıq müqaviləsi 2013-2017-ci illəri əhatə edir.

2013-14-cü tədris ilində “Vətən” sosial futbol məktəbinə 100 nəfərin (50 qız, 50 oğlan) qəbulu nəzərdə tutulub. Hazırda 50 oğlan, 20 qız olmaqla 70 gənc məktəbdə müntəzəm məşqlərdə iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR