Elşad İskəndərov Azərbaycanda dini azadlıqların səviyyəsi ilə bağlı ABŞ Dövlət Departamentinin hesabatına münasibət bildirib

Elşad İskəndərov Azərbaycanda dini azadlıqların səviyyəsi ilə bağlı ABŞ Dövlət Departamentinin hesabatına münasibət bildirib
# 04 iyun 2013 09:32 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova - APA. "Ötən il dini sahəyə dövlət qayğısının artması nəticəsində tarixi məscidlərin bərpası istiqamətində mühüm işlər görülüb, Bakıda Azərbaycanın ən böyük məscidinin tikintisi ilə əlaqədar sərəncam verilib”. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İskəndərov deyib.

Onun sözlərinə görə, ötən il ərzində komitə göstərilən xətt üzrə dövlətin din sahəsində həyata keçirdiyi tədbirləri icmalara çatdırıb və fəaliyyətini əsasən 3 yeni istiqamətdə qurub: “Maarifləndirmə işinin aparılması, dövlətçilik və vətənpərvərlik hisslərinin gücləndirilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi baxımından problemli vəziyyətlərə operativ şəkildə müdaxilə edilməsi. Dini icmaların da fəaliyyətində bəzən problemlər ortaya çıxır, burda əsas məsələ dövlətin müsbət mənada müdaxiləsi və bunun nəticəsində problemlərin həll olunmasıdır".

E.İskəndərov ABŞ Dövlət Departamentinin hesabatında Azərbaycanda dini azadlıqların səviyyəsi ilə bağlı əks olunan fikirlərə də münasibət bildirib: “Azərbaycanda olan reallıqları tam əks etdirməyən bəzi məqamlar iki yanlışlıqdan qaynaqlanır - ya ortada akademik nəzəri yanaşma var, ya da dövlət-din münasibətlərinə aid olmayan məsələlərdir. Məsələn, vergidən yayıldıqlarına görə bəzi nəşriyyatlara sanksiyalar tətbiq olunub, onlar isə eyni zamanda dini ədəbiyyatın da nəşri ilə məşğuldurlar. Bunun dinlə əlaqədar olan hesabatda əks olunması düzgün deyil. Biz çalışırıq ki, bu istiqamətdə əməkdaşlıq çərçivəsində öz mövqeyimizi Dövlət Departamentinə çatdıraq. Əminik ki, ilbəil bu hesabat daha müsbət olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR