Suriyanın xarici işlər naziri: “ABŞ Əfqanıstanda baş verənlərdən hələ də dərs götürməyib”

Suriyanın xarici işlər naziri: “ABŞ Əfqanıstanda baş verənlərdən hələ də dərs götürməyib”
# 09 sentyabr 2013 11:53 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. “ABŞ Əfqanıstanda baş verənlərdən hələ də dərs götürməyib. Bir vaxtlar Əfqanıstanda “Əl-Qaidə”yə kömək edirdilər, indi də Suriyada bunu edirlər”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu sözləri Suriyanın xarici işlər naziri Valid Muallem rusiyalı həmkarı Sergey Lavrovla Moskvada keçirdiyi birgə brifinqdə deyib. O bildirib ki, ABŞ indi də Suriyanı “Əl-Qaidə”nin mərkəzinə çevirmək istəyir.

V. Muallem müharibəyə qarşı çıxanlara təşəkkür edib: “Biz Amerika və ABŞ xalqlarının, eləcə də Roma papasının Suriyada müharibənin əleyhinə çıxmalarından çox məmnunuq. Necə ola bilər ki, demokratiyanın çarçısı olan AŞ prezidenti Barak Obama öz xalqının səsinə qulaq asmır?!”

Nazir “Cenevrə-2” sülh konfransının keçirilməsinə hazır olduqlarını bildirib: “Suriya münaqişəsinin sülh yolu ilə həlli imkanları hələ tükənməyib. Biz heç bir ön şərt irəli sürmədən bu konfransın keçirilməsinə razılıq vermişik. BMT Təhlükəsizlik Şurasının ekspertlərindən ibarət kommisiyanı da qəbul etməyə hazırıq”.

V. Muallem BMT Təhlükəsizlik Şurasına Suriyada silahlı döyüşçülərin törətdikləri cinayətlər barədə saysız-hesabsız müraciətlər etdiklərini də söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR