Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,4% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq 0,4% enib
# 30 iyul 2013 06:55 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. İyulun 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 15 522 bəndədək, S&P 500 0,4% - 1 685 bəndədək, Nasdaq 0,4% - 3 599 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin enməsinə bir sıra makroiqtisadi göstəricilər təsir edib. O cümlədən, təkrar mənzil bazarında əqlərin həcminin iyunda may ayı ilə müqayisədə 0,4% azaldığı məlum olub.

Avropa fond bazarlarında iyulun 29-da FTSE 100 indeksi 0,1% - 6 560 bəndədək, Almaniya DAX-ı 0,2% - 8 259 bəndədək, Fransa CAC-40-ı 0,01% - 3 969 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 0,03% azalaraq 1 329,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3250 (-0,1%) dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR