Rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsində 8 mindən artıq abituriyent iştirak edəcək

Rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsində 8 mindən artıq abituriyent iştirak edəcək
# 10 may 2013 13:41 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 19-da rus bölməsinə sənəd verən abituriyentlər üçün Azərbaycan dili fənnindən imtahan keçirəcək. TQDK-nın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə APA-ya açıqlamasında bildirib ki, bu imtahanda iştirak etmək üçün abituriyentlərin ərizələrinin təsdiqi mayın 8-də başa çatıb. Hazırda ayrı-ayrı rayonlarda yerləşən Sənəd Qəbulu komissiyalarından məlumatlar komissiyaya daxil olur. İlkin statistik rəqəmlərə əsasən, rus bölməsi üzrə Azərbaycan dili imtahanının I mərhələsində 8 mindən artıq abituriyentin iştirakı gözlənilir. Mayın 8-dək ərizələrini təsdiq etdirməyən, hər-hansı səbəbdən imtahanda iştirak edə bilməyən, eləcə də “qeyri-məqbul” alan abituriyentlər iyunun 23-də keçiriləcək növbəti Azərbaycan dilli imtahanında iştirak edə biləcəklər.

Qeyd edək ki, 2013-2014-cü tədris ili üçün aprelin 9-dan başlayan ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu mayın 17-də başa çatacaq. Abituriyentlərin ərizələrinin təsdiqi isə aprelin 15-dən başlayıb və mayın 17-də bitəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR