SKMF müvəkkil kredit təşkilatlarının sayını artırıb

SKMF müvəkkil kredit təşkilatlarının sayını artırıb
# 26 may 2014 11:39 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu müvəkkil kredit təşkilatlarının sayını artırıb.

APA-Economics”in məlumatına görə, bu barədə fondun saytında yer alan xəbərdə qeyd olunub.

Müvəkkil kredit təşkilatlarının sayı 44-dən 46-ya çatdırılıb.

Qeyd edək ki, müvəkkil təşkilatlar arasında 31 bank, 13 kredit ittifaqı və “Aqrarkredit” yer alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR