Marneuli rayonuna yeni icra başçısı təyin olunub

Marneuli rayonuna yeni icra başçısı təyin olunub
# 14 sentyabr 2013 20:18 (UTC +04:00)

Marneuli. Nizami Məmmədzadə-APA. Azərbaycanlıların kompakt yaşadığı Marneuli rayonunda yeni təyinat həyata keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Merab Topçişvili Marneuli rayonunun icra hakimiyyəti başçısı (qamqebelisi) vəzifəsinə təyin olunub. O, 1963-cü il martın 17-də Mtsxeta rayo­nunun Diğomi kəndində anadan olub, 1981-1986-cı illərdə Gürcüstan Politexnik İnstitutunu (mühəndis-metallurq ixtisası üzrə), 1989-1991-ci illərdə Dövlət Təhlükəsizlik Komitəsinin Tbilisi ali kurslarını bitirib. 1980-1981-ci illərdə Gürcüstan Politexnik İnstitutunda laborant, 1986-1989-cu illərdə Rustavi şəhərindəki “Sakqipromez” Layihə İnstitutunda mühəndis, baş mühəndis, layihənin baş mühəndisinin müavini vəzifələrində işləyib.

1991-2010-cu illərdə Gürcüstan Təhlükəsizlik və Daxili İşlər Na­zirliyi orqanlarında müxtəlif vəzifələrdə çalışıb. 2010-cu ildən ehtiyat­da olan zabitdir. 2013-cü ilin sentyabr ayınadək “Qlobalfarm” MMC-də təhlükəsizlik meneceri vəzifəsini icra edib. Bu ilin sentyabrın 7-də Marneuli rayonunun icra başçısı hakimiyyəti (qamqebelisi) vəzifəsinə təyin olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR