Bakı Ali Neft Məktəbində tələbələrin 1-ci elmi-texniki konfransına yekun vurulub - FOTO

Bakı Ali Neft Məktəbində tələbələrin 1-ci elmi-texniki konfransına yekun vurulub - <span style="color: red;">FOTO
# 04 iyun 2013 07:00 (UTC +04:00)

Bakı – APA-Economics. Bakı Ali Neft Məktəbində (BANM) Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş “İnformasiya-kommunikasiya texnologiyalarının neft-qaz və kimya mühəndisliyində tətbiqi” mövzusunda tələbələrin I elmi-texniki konfransına yekun vurulub.

BANM-dən “APA-Economics”ə verilən məlumata görə, rektor Elmar Qasımov konfransda məzmunlu məruzələri ilə fərqlənmiş tələbələrə Təşkilat Komitəsinin diplomlarını, hədiyyələri və konfransın məruzələrinin çap olunmuş toplusunun nüsxələrini təqdim edib.

Konfrans iştirakçılarından Rəvan Adilov, İrina Bode və Hüsüzadə Fəhmin 1-ci dərəcəli, Azad Abdullayev, Məhərrəm Səfərli və Natəvan Əsgərli 2-ci dərəcəli, Ümid Tərlanlı, Sultan Əliyev, Samir Ağabalayev və Eltun Sadıqov 3-cü dərəcəli diplomlara layiq görülüblər. 7 digər konfrans iştirakçısına həvəsləndirici diplomlar təqdim edilib.

Təşkilat Komitəsi tərəfindən konfransın yekun iclasında tədbirin təşkilində ali məktəbin “Kompüter və informasiya-kommunikasiya texnologiyaları” kafedrasının dosentləri Nailə Allahverdiyevanın və Manafəddin Namazovun fəaliyyəti yüksək qiymətləndirilib.

BANM-də tələbə elmi-texniki konfranslarının hər il keçirilməsi nəzərdə tutulur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR