ABŞ bankı bu ölkədə yaşayan və təhsil alan iranlıların bank hesablarını dondurub

ABŞ bankı bu ölkədə yaşayan və təhsil alan iranlıların bank hesablarını dondurub
# 16 may 2014 10:56 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. ABŞ-ın ən böyük banklarından biri olan “Bank of America” bu ölkədə yaşayan və təhsil alan iranlıların bank hesablarını dondurub. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Amerika İranlıları Şurasından açıqlama verilib. Qurum bununla bağlı “Bank of America”nın rəhbərliyinə məktub yazaraq onun ABŞ-da yaşayan və təhsil alan insanlara qarşı ayrı-seçkilik siyasəti tətbiq etməsini sərt tənqid edib. Ancaq buna baxmayaraq bank rəhbərliyi indiyədək öz qərarı ilə bağlı ətraflı açıqlama verməkdən imtina edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR