AMB rəsmisi: «Bank kredit faizlərinin artmasının qarşısını almağa çalışırıq»

AMB rəsmisi: «Bank kredit faizlərinin artmasının qarşısını almağa çalışırıq»
# 28 yanvar 2014 12:26 (UTC +04:00)

Bu, Azərbaycan Mərkəzi Bankının (AMB) kredit şərtlərinin yumşaldılması istiqamətində həyata keçirdiyi tədbirlərin nəticəsidir. «APA-Economics»in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AMB-nin sədr müavini Aftandil Babayev bildirib.

Onun sözlərinə görə, artıq AMB tərəfindən həyata keçirilən tədbirlər nəticəsində sığortalanan əmanətlər üzrə maksimal faiz dərəcəsi azalıb: «Son məlumatlara görə, həm hüquqi, həm də fiziki şəxslər üçün kreditlərin dərəcəsində 2% eniş gözlənilir».

A,Babayev deyir ki, əgər kreditin verilmə şərtləri və tənzimlənməsi ciddiləşirsə, bu, kredit faizlərinin artımına deyil, onun azalmasına gətirib çıxarır: «Kreditlərin faizi o zaman artır ki, orada risklər daha yüksəkdir. Yəni, arayışsız, heç bir gəlir analizi aparılmadan verilən kreditlərdə, təbii ki, kommersiya bankları da öz risklərini sığortalayır. Bu da həmin faizlərdə özünü büruzə verir. Mərkəzi Bank olaraq kredit faizlərinin artmasının qarşısının alınmasına çalışırıq».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR