İstanbulda polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib - VİDEO

İstanbulda polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib  - <span style="color: red;">VİDEO
# 09 fevral 2014 03:49 (UTC +04:00)

Bakı-APA. İstanbulun Taksim meydanında polis internetə nəzarətin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinə etiraz edən etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

APA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, İstanbulun Taksim meydanında təşkil olunan aksiyada yüzlərlə etirazçı iştirak edib. Etirazçılar asayiş keşikçilərinə daş və fişəng atıb, polis isə aksiyanı daqıtmaq üçün gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib. Bir neçə nəfərin saxlanıldığı bildirilir.

Qeyd edək ki, etiraz aksiyası internet istifadəçilərinə qarşı nəzarətin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsinin əleyhinə təşkil olunub. Qanun layihəsinin tezliklə prezident tərəfindən imzalanacağı gözlənilir. Hüquq müdafiəçiləri hesab edirlər ki, bu cür məhdudiyyətlər Türkiyədə əsas hüquq və azadlıqları təhlükə altına atır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR