28 May-Respublika Günü münasibəti ilə Azərbaycan prezidentinə təbriklər gəlməkdə davam edir

28 May-Respublika Günü münasibəti ilə Azərbaycan prezidentinə təbriklər gəlməkdə davam edir
# 30 may 2014 15:01 (UTC +04:00)

Bakı-APA. İordaniya Kralı II Abdullah Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, təbrik məktubunda deyilir:

“Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı təbrik edirəm. İordaniya Haşimilər Krallığının xalqı və hökuməti də mənim təbriklərimə qoşulur. Bu xoş fürsətdən istifadə edərək Zati-alinizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və tərəqqi arzu edirəm”.

28 May-Respublika Günü münasibəti ilə Azərbaycanın dövlət başçısını həmçinin Pakistan prezidenti Məmnun Hüseyn, Qətər əmiri Şeyx Təmim bin Həməd əl-Tani və Qətər baş naziri Abdullah bin Nasser bin Xəlifə əl-Tani təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR