Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 4 nəfər şəxs xilas olunub

Bakıda liftdə köməksiz vəziyyətdə qalmış 4 nəfər şəxs xilas olunub
# 05 mart 2014 01:32 (UTC +04:00)

Bakı-APA. Bakı şəhəri, Nərimanov rayonunda bu gecə doqquzmərtəbəli yaşayış binasının liftində 4 nəfər köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, dərhal nazirliyin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, lift texniki nasazlıq səbəbindən 2-ci mərtəbədə dayanıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə lifti 3-cü mərtəbəyə qaldırmış qapılarını açıb və vətəndaşların liftdən çıxmasına şərait yaradıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR