Dow Jones indeksi 1,0%, S&P 500 1,2%, Nasdaq 1,0% yüksəlib

Dow Jones indeksi 1,0%, S&P 500 1,2%, Nasdaq 1,0% yüksəlib
# 19 sentyabr 2013 06:32 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 18-də Amerika fond bazarında Dow Jones indeksi 1,0% - 15 677 bəndədək, S&P 500 1,2% - 1 726 bəndədək, Nasdaq 1,0% - 3 784 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin dinamikasına Federal Ehtiyat Sisteminin iclasının nəticələri təsir edib. Belə ki, iclasda istiqrazların və ipoteka kağızlarının geri alınması üzrə proqramın bağlanmasının başlanması barədə qərar qəbul edilməyib və bununla paralel olaraq faiz dərəcələri 0%-0,25% dəhlizində saxlanılıb.

Avropa fond bazarlarında sentyabrın 18-də FTSE 100 indeksi 0,2% - 6 559 bəndədək enib, Almaniya DAX-ı 0,5% - 8 636 bəndədək, Fransa CAC-40-ı isə 0,6% - 4 170 bəndədək yüksəlib.

COMEX-də qızılın bir unsiyasının qiyməti 1 360,0 dollar bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3527 dollar təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR