Azərbaycanda əkin işlərinə 471 yeni kombayn cəlb olunub

Azərbaycanda əkin işlərinə 471 yeni kombayn cəlb olunub
# 22 may 2014 09:48 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu il Azərbaycanda əkin işlərinə 471 yeni kombayn cəlb olunub.

"APA-Economics"in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.


Onun sözlərinə görə, bu texnikanın hər biri Avropa, əsasən Belçika, Finlandiya və Hollandiya istehsalı olan kombaynlardır: "Biz bu məhsulları nəinki almaq, həm də istehsalı ilə məşğul olmaq niyyətindəyik. Biz bununla bağlı görüşlər keçirmişik, danışıqlarımızı davam etdirəcəyik. Hələ ki, danışıqların ilkin mərhələsindəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR