Azərbaycan prezidenti Çin xalqına başsağlığı verib

Azərbaycan prezidenti Çin xalqına başsağlığı verib
# 03 mart 2014 15:29 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Çin Xalq Respublikasının sədri Si Cinpinə başsağlığı verib.

APA-nın məlumatına görə, başsağlığı məktubunda dövlət başçısı Kunmin şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı xəbərindən son dərəcə kədərləndiyini bildirib.

“Biz bu qanlı hadisədən olduqca hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir və terrorizmə qarşı hamılıqla mübarizəni dəstəkləyirik. Baş vermiş faciə ilə əlaqədar sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Çin xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm”, - deyə prezidentin məktubunda deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR