Xaçmazda çayxana yanıb - FOTOSESSİYA - VİDEO

Xaçmazda çayxana yanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 25 fevral 2014 06:45 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün səhər saatlarında Xaçmaz şəhərində yanğın hadisəsi baş verib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə şəhərin Nəriman Nərimanov küçəsində yerləşən, 1965-ci il təvəllüdlü Xaçmaz rayon sakini İsmayıl Mirzəyevə məxsus çayxana qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin 2 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 100 kvadratmetr olan tikilinin yanar konstruksiyaları, dam örtüyü və içindəki avadanlıq tamamilə yanıb. Alovun yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb. Hadisə zamanı xəsarət alan olmayıb.

Yanğının başvermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR