İrandan Azərbaycana narkotik vasitə gətirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana narkotik vasitə gətirilməsinin qarşısı alınıb
# 01 avqust 2013 09:37 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. İrandan Azərbaycana gizli yolla narkotik vasitənin gətirilməsinin qarşısı alınıb. Bu barədə APA-ya Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Astara Gömrük İdarəsinin sərnişin şöbəsində İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Taleh Məmmədovun üzərində şəxsi yoxlama zamanı ondan 3 bağlama narkotik vasitə olan tiryək götürülüb. Tutulmuş narkotik vasitənin ümumi xalis çəkisi 219,24 qram təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR