Gəncədə iki qadın zəhərlənib

Gəncədə iki qadın zəhərlənib
# 30 yanvar 2014 10:36 (UTC +04:00)

Gəncə. Azər Məmmədli - APA. Gəncədə dərmandan və dəm qazından zəhərlənmə hadisələri baş verib.

Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, 1995-ci il təvəllüdlü Gəncə şəhər sakini Nərmin Əlizadə zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Araşdırma zamanı məlum olub ki, 19 yaşlı qız səhhəti ilə əlaqədar 6 ədəd ağrıkəsici dərman içərək zəhərlənib.

Başqa bir zəhərlənmə hadisəsi dəm qazından olub. Gəncə şəhər sakini, 1980-ci il təvəllüdlü Gülnur Zərgərova ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya çatdırılıb. Məlum olub ki, G. Zərgərova yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

Hər iki qadının vəziyyəti orta-ağır qiymətləndirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR