Rusiyada Ukrayna millətçisi Dmitri Yaroşa qarşı cinayət işi açılıb

Rusiyada Ukrayna millətçisi Dmitri Yaroşa qarşı cinayət işi açılıb
# 03 mart 2014 10:11 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya hüquq-mühafizə orqanları Ukraynanın millətçi “Pravıy sektor” təşkilatının rəhbəri Dmitri Yaroş haqqında qarşı cinayət işi açıb. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi Vladimir Markin bildirib. “İstintaqın fikrincə, Ukrayna ultramillətçilərinin başçısı Dmitri Yaroş öz çıxışlarnda açıqca antirusiya qüvvələrini Rusiya ərazisində terror törətməyə və ekstermist fəaliyyətə çağırır. Müstəntiqlər məhkəmədən Yaroş barəsində qiyabi həbs qərarının çıxarılmasını xahiş edəcəklər. Daha sonra isə onu beynəlxalq axtarışa verəcəklər”, - deyə Rusiya İstintaq Komitəsinin xüsusi nümayəndəsi söyləyib.

Qeyd edək ki, “Pravıy sektor” Ukraynada baş verən son xalq etirazlarında və Viktor Yanukoviç hakimiyyətinin çökməsində çox fəal rol oynayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR