Suriya ordusunun bombardmanı nəticəsində 72 mülki şəxsin öldüyü xəbər verilib

Suriya ordusunun bombardmanı nəticəsində 72 mülki şəxsin öldüyü xəbər verilib
# 22 noyabr 2013 07:19 (UTC +04:00)

Bakı – APA. Suriya ordusunun Bəşər Əsəd rejiminə qarşı döyüşən qüvvələri ölkənin müxtəlif yerlərində havadan və qurudan bombardman etməsi nəticəsində aralarında 12 uşaq və 7 qadının da olduğu 72 mülki şəxsin öldüyü bildirilir. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Suriya İnsan Haqları Təşkilatı xəbər yayıb.

Təşkilat Humus şəhərində 26, paytaxt Dəməşqdə 13, Hələbdə 13, Hasekedə 6, Derada 5, İdlibdə 5, Hamada 3 və Deyrz Zorda 1 nəfərin öldüyünü açıqlayıb.

Suriya İnqilab Şurası isə Azad Suriya Ordusunun paytaxt ətrafında hökumət qüvvələrinə qarşı keçirdiyi əməliyyatlarda çoxlu sayda əsgərin öldürüldüyünü bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR