Azərbaycan səfiri etimadnaməsini Honduras prezidentinə təqdim edib - FOTO

Azərbaycan səfiri etimadnaməsini Honduras prezidentinə təqdim edib - <span style="color: red;">FOTO
# 21 noyabr 2013 07:12 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Meksika Birləşmiş Ştatlarındakı səfiri İlqar Muxtarov etimadnaməsini Honduras Respublikasının prezidenti Porfirio Lobo Sosaya təqdim edib. Səfirlikdən APA-ya verilən məlumata görə, İ. Muxtarov ölkələr arasında qarşılıqlı faydalı əməkdaşlığın uğurlu inkişafına əmin olduğunu bildirib. Öz növbəsində yenidən ölkə prezidenti seçilməsi münasibətilə İlham Əliyevə səmimi təbriklərini çatdıran Honduras prezidenti Porfirio Lobo Sosa, ikitərəfli əlaqələrin gələcək inkişafı yolunda Azərbaycan dövlət başçısına yeni-yeni nailiyyətlər arzu edib.

Azərbaycanla ikitərəfli əlaqələrin inkişafına maraq ifadə edən P. L. Sosa qarşılıqlı faydalı əməkdaşlığın inkişafına əmin olduğunu bildirib.

Görüşdə ikitərəfli siyasi, humanitar və digər sahələrdə əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb, iqtisadi-ticari əlaqələrin gələcək inkişafı və xüsusilə enerji sektorunda əməkdaşlığın potensialına inam ifadə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR