Azərbaycanda alternativ və bərpa olunan enerji istehsalı ilə bağlı qurğu və avadanlıqlar gömrük rüsumları və əlavə dəyər vergisindən azad edilib

Azərbaycanda alternativ və bərpa olunan enerji istehsalı ilə bağlı qurğu və avadanlıqlar gömrük rüsumları və əlavə dəyər vergisindən azad edilib
# 01 may 2014 07:07 (UTC +04:00)

APA-nın verdiyi məlumata görə, dəyişiklik Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin təsdiqedici sənədləri əsasında, alternativ və bərpa olunan enerji mənbələri üzrə fəaliyyətinə xüsusi icazə verilmiş şəxslər tərəfindən idxal edilən, alternativ və bərpa olunan enerji və ondan səmərəli istifadə edilməsi sahəsində tətbiq olunan qurğuların, onların istehsalı üçün avadanlıqların hissə və ləvazimatların 10 il müddətinə gömrük rüsumlarından və əlavə dəyər vergisindən azad edilməsi ilə bağlıdır.

Qərar 30 gün sonra qüvvəyə minəcək. Bu qurğuların istehsalı üçün avadanlıqların hissə və ləvazimatlarının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə siyahısı da müəyyənləşib.

Siyahıya istilik nasosları üçün polietilen boru zondlar və U-tipli plastik zondların ucluqları, günəş panellərinin və LED lampaların istehsalı üçün şüşələr, kiçik su elektrik stansiyaları üçün borular və şlüz qapılar, külək enerjili elektrik qurğuları üçün qara metaldan nərdivan qoyulan meydança, metal konstruksiyalar, biokütlə qurğuları üçün qazqolder, resiver çənləri, günəş elektrik və günəş istilik stansiyaları üçün buxar generatorları, günəş elektrik, günəş istilik və geotermal stansiyalar üçün buxar turbinləri, gücü 10 000 kVt-dan çox olmayan hidravlik turbinlər və su təkərləri, onların hissələri, Günəş kollektorları, geotermal stansiyalar və biokütlə qurğuları üçün qızdırıcılar, peyin quruducuları, isitmə cihazları, kondensatorlar, bivalent boylerlər, günəş panellərinin və LED lampaların istehsalı üçün soyuducu radiatorlar, günəş elektrik və günəş istilik stansiyaları üçün PV və optik konsentratorları, külək enerjili elektrik qurğuları, günəş elektrik və günəş istilik stansiyaları, biokütlə qurğuları və kiçik su elektrik stansiyaları üçün güc, yağ, yüksəldici və ölçü transformatorları, Kiçik su elektrik stansiyaları, günəş elektrik və günəş istilik stansiyaları, geotermal stansiyalar, biokütlə qurğuları və istilik nasosları üçün cərəyan düzləndiriciləri və digər avadanlıqlar daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR