Fransada yaşayan ukraynalılar Avropa Şurasının binası qarşısında aksiya keçiriblər - FOTO

Fransada yaşayan ukraynalılar Avropa Şurasının binası qarşısında aksiya keçiriblər - <span style="color: red;">FOTO
# 27 yanvar 2014 14:05 (UTC +04:00)

Strasburq. Şamil Əlibəyli – APA. Bu gün Fransada yaşayan ukraynalılar Strasburqda, Avropa Şurasının binası qarşısında Viktor Yanukoviç hökumətinə etiraz bildirmək üçün aksiya keçiriblər. APA-nın Strasburqa ezam olunmuş müxbirinin verdiyi məlumata görə, etirazçılar əllərində üzərində “Ukrayna Rusiyanın deyil”, “Yanukoviç cinayətkardır, onun polisi Gestapodur” yazılan plakatlar daşıyıblar.

İştirakçılardan biri - Vasil Vasilenko bildirib ki, aksiyada Fransada yaşayan və vətənlərində baş verən hadisələrə biganə qalmayan ukraynalılar iştirak edir: “Bizim əsas məqsədimiz Yanukoviç hakimiyyətinə son qoymaqdır. Bu kriminal hakimiyyət ictimai həyatın bütün sahələrə daxil olub, polis banditlərlə eyniləşib. Əgər siz polisə müraciət etsəniz, polis sizə kömək etməyəcək”.

Aksiya iştirakçılarının fikrincə, problem orasındadır ki, ölkənin şərqində yaşayan insanlar Rusiyanın tərəfini tuturlar: “Onların öz televiziyaları var və onlar daha çox öz deputatlara inanırlar. Biz Azərbaycana gəlsək, gərək sizin dilinizə, qanunlarınıza hörmət edək. Ukraynada isə rusdilli əhali başqalarına fikir vermir. Problem burdadır. Ölkənin hər iki düşərgəsini barışdırmaq lazımdır”.

V. Vasilenko əlavə edib ki, bu həftənin dördüncü günü - AŞPA-da Ukrayna ilə bağlı məsələ müzakirə olunanda daha geniş miqyaslı aksiya keçirilməsi planlaşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR