Türkmənistan prezidenti milli təhlükəsizlik nazirinə və Dövlət Miqrasiya Xidmətinin sədrinə töhmət elan edib

Türkmənistan prezidenti milli təhlükəsizlik nazirinə və Dövlət Miqrasiya Xidmətinin sədrinə töhmət elan edib
# 17 yanvar 2014 09:08 (UTC +04:00)

Bakı – APA. Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov milli təhlükəsizlik nazirinə və Dövlət Miqrasiya Xidmətinin sədrinə şiddətli töhmət elan edib.

APA – nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, Yaylım Berdiyev və Dövrangəldi Bayramov vəzifə səlahiyyətlərinin qeyri-qənaətbaxş icrası və rəhbərlik etdiyi strukturlara nəzarətin zəiflədilməsinə görə töhmət alıb.

Q. Berdıməhəmmədovun digər sərəncamı ilə polkovnik D.Bayramovun rütbəsi podpolkovnik rütbəsinə endirilib. Sənəddə qeyd olunub ki, əgər o, qısa müddət ərzində səhvlərini aradan qaldırmasa, vəzifəsindən azad olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR